Balakəndə əməliyyat: Bağ sahəsindən 198 çətənə bitkisi çıxdı

Balakəndə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər də analoji əmələ görə məhkum olunmuş 45 yaşlı Səfər Şərifov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə   Daxili İşlər Nazirliyindən məlumat verilib.

Ona məxsus bağ sahəsinə baxış zamanı 198 ədəd çətənə bitkisi aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, S.Şərifov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31