Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes Sprinter" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır./apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31