Şəmkirdə su xəttində qəza baş verib, ətrafı su basıb.
Olaylar.az xəbər verir ki, hadisə rayonun Yeniabad kəndində Şəmkir nasos stansiyası ərazisində qeydə alınıb. Hidrotəzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub. Nəticədə su stansiyanın həyətinə dolub. Əraziyə FHN əməkdaşları cəlb edilib. Stansiyaya dolan suyun çəkilməsi istiqamətində tədbirlər görülür.(Apa)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31