ABŞ-də güclü tornado: azı 10 yaralı

ABŞ-nin şimal ştatı olan Oklahomada güclü tornado nəticəsində azı 10 nəfər xəsarət alıb.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ telekanalı məlumat yayıb.

Məlumata görə, güclü qasırğa ən çox Qarfild rayonunda dağıntılara yol açıb. Eyni zamanda ABŞ-nin Silahlı Qüvvələrinin Vens bazasına müəyyən ziyanın dəydiyi bildirilir.

Fövqəladə xidmətlər axtarış-xilasetmə əməliyyatını davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31