Ağstafada ağır QƏZA - Xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az  xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" ilə digər avtomobil toqquşub. 

Qəza zamanı 1970-ci il təvəllüdlü Çingiz Mustafayev,1980-ci il təvəllüdlü Elmar Rəhimov və Abidin Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31