Türkiyədə güclü daşqınlar: evlər və avtomobillər su altında qalıb (VİDEO)
10:46 HadisəTürkiyənin Hakkari və Diyarbəkir vilayətlərində ardıcıl 3 gün davam edən leysan yağışlar və dağlardakı qarların əriməsi bəzi çayların məcrasından çıxmasına, sel və daşqınlara səbəb olub.
Bu barədə Trend Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, Hakkarinin Köprücük adlı kəndinə 22-ə yaxın yaşayış evi daşqın sularına qərq olub. Bəzi çökək yerlərdə avtomobillər də su altında qalıb.
Fəlakət zonasına səfərbər olunan xilasedicilər, selin qarşısını almaq və digər ərazilərə yayılmaması üçün bəndsalma işləri aparıb.
Yerli fövqəladə hallar xidmətləri təbii fəlakətlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31