Kür çayının Samux rayonundan keçən hissəsində suyun səviyyəsi artması nəticəsində bir sıra problemlər qeydə alınıb.
Olaylar xəbər verir ki, rayonunun Qaraağaclı kəndində, Qarasaqqal adlanan ərazidə 200 hektara yaxın taxıl sahələri su altında qalıb.
Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, eyni kənddə əkin olmayan 100 hektar ərazi də su altında qalıb.