Samux sakini bədbəxt hadisə nəticəsində ölüb

Samuxda ölüm faktı qeydə alınıb.

Olaylar xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini 43 yaşlı Yavər Məmmədov həyətində çardağı təmir edərkən yıxılıb. O, ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum usta olub.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31