Bakının Xətai rayonu, Xocalı prospektində yerləşən "Mübarək" şadlıq evi yanır.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə yerinə yanğından mühafizə briqadası cəlb olunub.
"Tüstü bacasında yağ qalıqları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb",-deyə əlavə edilib.