Ankarada boya zavodu yanır (VİDEO)

Türkiyənin paytaxtı Ankaranın Sincan rayonunda yerləşən iri boya zavodunda güclü yanğın meydana gəlib.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Yanğın müəssisənin daxilində ara-sıra baş verən partlayışlarla müşayiət olunur.

Ankara Sənaye Palatasının balansında olan sənaye zonasında yerləşən zavodda qəza yerli vaxtla 09:00 radələrində baş verib.

Fəhlələr qısa müddətdə təxliyə olunsalar da, yanğın sürətlə genişlənərək fabriki bürüyüb. Hadisə yerindən çəkilmiş görüntüdə zavodun üzərində səmaya qatı və hündür tüstü təbəqəsinin yüksəldiyini görmək olur.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31