Xırdalanda avtomobil 9 yaşlı uşağın həyatına son qoydu
18 Aprel 20:11 HadisəAbşeron rayonunun Xırdalan şəhərində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin 27-ci məhəllə ərazisində qeydə alınıb.
Məlumata görə, yolu qarşı tərəfə keçmək istəyən 9 yaşlı uşaq hərəkətdə olan "Toyota" markalı minik avtomobilinin vurması nəticəsində ağır xəsarət alıb.
Azyaşlı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi üzrə araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31