Səhv xəstə əməliyyat ediləndən sonra öldü
16:10 HadisəHindistanda yaşlı bir qadın xəstənin kimliyinin səhv müəyyənləşdirilməsi faciə ilə nəticələnib. Yanlışlıq ucbatından o, ehtiyacı olmayan cərrahi müdaxiləyə məruz qalıb və sonradan həyatını itirib.
Milli.Az xəbər verir ki, insident ölkədə fəaliyyət göstərən universitetlərdən birinin xəstəxanasında, travmatologiya mərkəzində baş verib. 71 yaşlı qadın əslində neyrocərrahiyyə şöbəsində planlı prosedur gözləyirmiş. Lakin səhvən başqa bir pasiyentin yerinə əməliyyat otağına aparılıb.
Cərrahlar əməliyyata başlasalar da, baş ordinator xəstədə gözlənilən bud sümüyü sınığını aşkar etməyib. Araşdırma zamanı tibb bacıları xəstələrin qarışdırıldığını təsdiqləyiblər.
Həkimlər artıq edilmiş kəsikləri tibbi qaydada bağlayaraq qadını yenidən palataya köçürüblər. Bildirilir ki, hadisə barədə xəstənin ailə üzvlərinə vaxtında məlumat verilməyib.