Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın qərbində güclü zəlzələ olub.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, 5 bal gücündə zəlzələnin episentri Naqano prefekturasında yerləşib. Yeraltı ocağı 10 km dərinlikdə qeydə alınıb.

Zərərçəkənlər barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31