Sabunçu tunelində bu dəfə yol ÇÖKDÜ - VİDEO
11:33 HadisəPaytaxtın Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü çöküb.
Milli.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, tez-tez yağış sularının dolduğu tuneldən keçən yolun xeyli hissəsində çökmə yaranıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinlik müşahidə edilir.
Qeyd edək ki, ötən ayın sonlarından ölkədə başlayan intensiv yağışlardan sonra bir çox ərazilərdə yol çöküb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31