Xəzərdə balıqçı batdı, axtarışa helikopter cəlb edildi

Neft Daşlarının yaxınlığında balıqçı dənizdə batıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31