Sumqayıtda mənzildə 64 yaşlı qadın meyiti aşkarlandı

Sumqayıt şəhərində mənzildə meyit aşkarlanıb.

Hadisə şəhərin 16-cı mikrorayon ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1962-ci il təvəllüdlü Müslümova Aybəniz Seyfulla qızının meyiti yaşadığı evdə aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31