Polis çoxlu sayda qanunsuz silah-sursat aşkarladı
12:07 HadisəAprelin 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 qumbara, 11 tüfəng və 100 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
"Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir",- deyə məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31