Lənkəranda maşınlar toqquşdu – 5 nəfər xəsarət aldı

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"  xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralının rayonun Şağlaküçə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Prius" və "Opel" markalı minik avtomobilləti nəqliyyat vasitələri toqquşmaı nəticəsində ümumilkdə 5 nəfər xəsarət alıb.

Onlar Lənkəranın Xarxatan kəndindən olan 1997-ci il təvəllüdlü Mirşamil Hüseynzadə, 1997-ci il təvəllüdlü Mirabidi Məmmədzadə, Şovu kəndindən olan 2005-ci il təvəllüdlü Aydan Alxaslı, 2004-cü il təvəllüdlü Elgin Məmmədli və Rvo kəndindən olan 2005-ci il təvəllüdlü Fərid Mübariz oğlu Ələsgərlidir.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, zəruri ilkin tibbi xidmətlər göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31