Bakı–Sumqayıt yolunda subasma: Nəqliyyat iflic oldu - VİDEO
15:06 HadisəBakı-Sumqayıt yolu istiqamətində yağan güclü yağışlar nəticəsində subasma baş verib. Yolda yaranan iri su yığıntıları nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaradıb.
Sürücülər bildirir ki, bəzi hissələrdə suyun səviyyəsi o qədər yüksəlib ki, avtomobillər irəliləməkdə çətinlik çəkir, hətta bəzi nəqliyyat vasitələri yolda qalaraq hərəkətsiz vəziyyətə düşüb.
Hadisə səbəbindən yolun müəyyən hissələrində sıxlıq yaranıb, nəqliyyatın hərəkəti xeyli ləngiyib. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Hazırda aidiyyəti qurumların ərazidə suyun çəkilməsi və vəziyyətin normallaşdırılması üçün tədbirlər gördüyü bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31