Ermənistana yağan güclü yağış nəticəsində Qafanda çayın qoruyucu bəndi uçub - VİDEO
28 Mart 14:50 HadisəErmənistanın Qafan ərazisində yağan güclü leysan ciddi fəsadlara səbəb olub. Yağışların intensivliyi nəticəsində çayın qoruyucu bəndi aşıb və sel suları nəzarətdən çıxaraq ətrafa yayılıb. Baş verən daşqın nəticəsində yollar yararsız hala düşüb, nəqliyyatın hərəkəti demək olar ki, tam dayanıb. Sel suları yaşayış ərazilərinə dolaraq evlərə və obyektlərə ziyan vurub,bəzi sakinlər isə çətin vəziyyətdə qalıb .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31