Sulu təpədə təhlükəli anlar: Maşınlar suyun içindən keçməyə məcbur qaldı!

Güclü yağışlardan sonra Sulu təpə ərazisində vəziyyət gərginləşib. Yollarda yaranan dərin su yığıntıları sürücülər üçün ciddi çətinliklər yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobillərin demək olar ki, suyun içi ilə hərəkət etdiyi aydın görünür.

Sürücülərdən biri mövcud vəziyyəti çəkərək paylaşdı və yolların baxımsız olmasından narazılığını bildirdi. Görüntülərdə bəzi avtomobillərin çətinliklə irəlilədiyi, hətta dayanmaq təhlükəsi ilə üz-üzə qaldığı əks olunur.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31