Ofeliya Mədətqızı vəfat etdi

Tanınmış şair, publisist, dramaturq Ofeliya Mədətqızı (Xəlilova) vəfat edib.

Olaylar xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, O.Mədətqızı 69 yaşında dünyasını dəyişib.

Qeyd edilib ki, birinci qrup əlilliyi olan şairin səhhətində son vaxtlar narahatlıqlar yaranmağa başlayıb.

O.Mədətqızı Gəncə şəhərində dəfn olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31