Daha bir nəfər dənizdə batdı
24 İyun 2024 11:48 HadisəBakının Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə bir nəfər batıb.
Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralıda, nəzarətsiz ərazidə baş verib. FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31