Xocalıda 1 ton çətənə bitkisi məhv edildi
21 İyun 2024 11:32 HadisəXocalıda yabanı halda bitən 1 ton 47 kq çətənə bitkisi məhv edilib.
Bu barədə Olaylar-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Xəbərə görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Əsgəran qəsəbəsi ərazisində yabanı halda bitən 1 ton 47 kq 1150 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31