Azərbaycanda yeniyetmə qız QAÇIRILDI - Polis hərəkətə keçdi
20 İyun 2024 18:52 HadisəHacıqabulda yeniyetmə qız qaçırılıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Meyniman kəndində baş verib.
14-15 yaşlı qızın velosipedlə yol kənarına gəldiyi, orada velosipedi saxlayaraq maşına əyləşdiyi, avtomobilin rayon mərkəzinə doğru hərəkət etdiyi bildirilir. Onun ailə qurmaq məqsədi ilə qaçırıldığı iddia olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, bununla bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31