Polis əməliyyat keçirdi, 105 kq narkotik götürüldü
19 İyun 2024 14:37 HadisəPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 18-də ümumi çəkisi 105 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Olaylar.az-a bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 1 kiloqramdan artıq heroin, 103 kiloqrama yaxın marixuana, 217 qram metamfetamin, 709 qram tiryək, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 1390 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31