Tovuzda yük maşını aşıb, xəsarət alan var - FOTO

Tovuzda yol qəzası baş verib.

Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə Yuxarı Öysüzlü kəndidə qeydə alınıb. Daşla dolu "Shacman" markalı yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1989-cü il təvəllüldü sürücü Elbrus Nurməmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31