Mina riski hələ də bir çox ərazilərdə təhlükə yaradır - Almaniya səfiri
29 May 2024 10:52 HadisəMina riski hələ də bir çox ərazilərdə təhlükə yaradır.
Olaylar bildirir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "X" sosial media hesabında yazıb.
"Mən bu gün Bərdədə Beynəlxalq "Qızıl Aypara" Cəmiyyətinin Qarabağdakı insanlara dəstək olan böyük əməyinin şahidi oldum. Keçmiş təmas xəttinə yaxın yaşamaq insanlar üçün ağır olmuşdur; mina riski hələ də bir çox ərazilərdə təhlükə yaratmaqdadır. Almaniya yenidənqurma səylərində Azərbaycanı dəstəkləyir" - deyə səfir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31