Azad olunmuş ərazilərdə 204 mina zərərsizləşdirildi
27 May 2024 14:38 HadisəAzad olunan ərazilərdə mayın 20-26-da 32 tank əleyhinə mina, 172 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Olaylar.az-ın məlumatına görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən 1 164.9 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31