Şamaxıda yanğın olub

Şamaxı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Göylər Dağ kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində 16 p.m mebel və 2 ədəd məişət avadanlığı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31