Lənkəranda yük maşını sürücünün üstünə aşdı
25 May 2024 19:03 HadisəLənkəranda yük maşını sürücünün üstünə aşıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, hadisə Qurumba kəndində baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov "KamAZ" markalı avtomobilin altında qalıb. Hadisəyə səbəb təkərin dəyişilməsi zamanı qaldırıcının boşalması olub.
S.Həsənov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyulub, yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31