Elektrik cərəyanı vuraraq ölən qızla bağlı RƏSMİ AÇIQLAMA

Cəlilabad rayonunda 11 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb. 

Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğundan Olaylar.az-a məlumat verilib.

Qeyd olunub ki, fakt üzrə araşdırmalar aparılır.

"Mayın 23-də Cəlilabad rayonu Günəşli kəndi ərazisində 2013-cü il təvəllüdlü Zəhra Niftiyevanın çıxdığı ağacın yaxınlığından keçən elektrik naqilinə toxunması nəticəsində yıxılaraq ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır", - qurumdan bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31