Dava edənləri sakitləşdirərkən həlak olan 25 yaşlı Yusifin FOTOSU

Türkiyənin Elazığ şəhərində qan donduran qətl hadisəsi baş verib.

Olaylar xəbər verir ki, qonşu ailələr arasında davanı yatırmaq istəyən gənc həlak olub.

Hadisə ötən gün axşam saatlarında şəhər mərkəzində baş verib. Ərazidən avtomobillərin sürətlə keçməsinə görə qonşu ailələr arasında düşən mübahisə silahlı davaya çevrilib. Davanı yatırmaq istəyən 25 yaşlı Yusif Çaça tərəflərin açdığı atəş ilə yerə yıxılıb. Çaçanın dünyasını dəyişdiyi müəyyən edilib. 1 şübhəli saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31