Yük maşının vurduğu qadının SON VƏZİYYƏTİ
1 Fevral 2024 15:13 HadisəBu gün saat 06:26 radələrində Bibiheybət ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə piyada vurma ilə bağlı çağırış daxil olub.
Bu barədə Olaylar.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, dərhal hadisə yerinə 1 təcili tibbi yardım briqadası göndərilib.
"Hadisə nəticəsində bir qadın (55 yaş) kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda Təcili yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta-ağırdır", - deyə qurumdan bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31