Xankəndidə pulemyot, avtomat və qumbara aşkarlandı

Polis əməkdaşları Xankəndidə silah-sursat aşkarlayıb.

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 31-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara alışdırıcısı, 42 ədəd patron darağı, 2256 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31