Azərbaycanda məşhur istirahət mərkəzində GÜCLÜ YANĞIN

Lerikdə yerləşən Təbəssüm Ailəvi İstirahət Mərkəzində güclü yanğın baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə istirahət mərkəzinin sahibi Akif Əliyev məlumat yayıb.

Onun sözlərinə görə, yanğın nəticəsində mərkəzin 5 binası, mətbəx və qonaq otaqları yanıb.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. (qaynarinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31