Sabirabadda tibb məntəqəsində yanğın olub

Sabirabadda tibb məntəqəsində yanğın olub.

Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabirabad rayonunun Bala Həşimxanlı kəndində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü 4 m² sahədə yanıb.

Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31