Bakıda iki azyaşlı dəm qazından zəhərləndi

Bakının Sabunçu rayonunda iki nəfər zəhərlənib.  APA   xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.Belə ki, hamam otağında olan 2010-cu il təvəllüdlü Kərimova Vəfa Sadiq qızı və 2009-cu il təvəllüdlü Murtuzova Xədicə Heydər qızı çimərkən dəm qazından zəhərləniblər.Azyaşlılar yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.Qeyd edək ki, X.Murtuzovanın valideynləri uşağı qonşuya müvəqqəti baxmaq üçün vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31