Azərbaycanda xəstəxana işçisi əməliyyat zamanı öldü
30 Yanvar 2024 12:29 HadisəGöyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, rayon sakini, 1961-ci il təvəllüdlü Cavadov Sahib Rəşid oğlu dünən həmin tibb ocağında əməliyyat edilib.
Ayaq barmağındakı ağrı ilə əlaqədar cərrahi müdaxilə olunan şəxsin vəziyyəti qısa vaxt sonra pisləşib və vəfat edib.
Bildirilir ki, həmin şəxs özü də xəstəxana əməkdaşı olub.
S.Cavadov xəstəxananın Şüa və diaqnostika şöbəsində texnik vəzifəsində çalışırmış.
Hadisə ilə bağlı araşdırma aparılır. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31