Azərbaycanda ağır qəza - 3 nəfər öldü - Yenilənib

Beyləqanda yük avtomobili ilə minik avtomobili toqquşub, 3 nəfər ölüb.

Olaylar.az bildirir ki, hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. "KamAZ" markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və "VAZ 2105" markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və "VAZ 2107" markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər.

Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqdar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.

Faktla bağlı BDYPİ və xətt polisi tərəfindən araşdırma aparılır.

****

İmişlidə yük avtomobili ilə "VAZ 2107" markalı avtomobil toqquşub.

Olaylar.az bildirir ki, hadisə Bəhrəmtəpə qəsəbəsi ərazisində İmamverdilər körpüsü adlanan yerdə baş verib.

Nəticədə 3 nəfər ölüb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31