Günəşdə güclü partlayış baş verib
29 Yanvar 2024 12:56 HadisəYanvarın 29-da Günəşdə M sinifli güclü partlayış baş verib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Tətbiqi Geofizika İnstitutunun heliogeofizika xidməti məlumat yayıb.
Məlumata görə, partlayış qısa dalğalı radio rabitəsinin kəsilməsi ilə müşayiət olunub.
"1 dəqiqəlik yanğından sonra Yerə yaxın fəzaya proton axını daxil olub və bu, maqnit qasırğasına səbəb ola bilər", - məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31