DİN-dən yaşlı qadını qucağına alan yeniyetmə ilə bağlı açıqlama -
29 Yanvar 2024 10:47 Hadisə"Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır".
Olaylar.az xəbər verir ki, bunu Oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə "Jalilov" adı ilə məşhurlaşan gəncin yaşlı insanları narahat etdiyi videoları gündəm olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31