Azərbaycanda ağır qəza: 3 TIR aşdı, 10 maşın toqquşdu: xəsarət alanlar var
28 Yanvar 2024 09:28 HadisəBakı - Qazax - Gürcüstan magistral yolunun Ağstafa rayonundan keçən hissəsində yolun buz bağlaması nəticəsində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Məlumata görə, hadisə nəticəsində iki Türkiyə vətəndaşı - 1970-ci il təvəllüdlü Bekar Atəş Asan oğlu və 1990-cı il təvəllüdlü Ramazan Taş Abdulla oğlu xəsarət alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.
Qeyd edək ki, yolun buz bağlaması səbəbindən baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində 3 TIR tipli yük avtomobili aşıb, 10-dan çox yük maşını isə toqquşub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31