Tərtərdə silah-sursat aşkarlandı
27 Yanvar 2024 10:12 HadisəTərtər rayonunda silah-sursat aşkar edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən silahların tapılaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 2 avtomat, 4 tüfəng, qumbaralar, avtomat daraqları və patronlar aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31