Daha bir ana və qızı dəm qazından öldü
27 Yanvar 2024 10:21 HadisəAstara rayonunda ana və qızı dəm qazından boğularaq ölüb.
Olaylar.az xəbər verir ki, hadisə rayonun Pensər kəndində baş verib. Belə ki, 1966-cı il təvəllüdlü Nazənin Şükürova anası 1944-cü il təvəllüdlü Tahirə Əliyevanı yaşadıqları evin hamam otağında çimizdirən zaman dəm qazından boğularaq ölüblər.
Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, yanvarın 24-də oxşar hadisə Göygöl şəhərində baş vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31