Narkotiklə tutulan keçmiş məhkumun başqa cinayətləri üzə çıxdı
26 Yanvar 2024 13:40 HadisəSumqayıtda keçmiş məhkum narkotiklə tutulub.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Süleyman Süleymanlı saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırmalarla onun müxtəlif vaxtlarda şəhər ərazisində 3 evdən 3900 manat dəyərində noutbuk, məişət əşyaları və təmir alətləri oğurlaması da müəyyən olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31