Ötən il cinayət törədənlərin 95 faizi kişilərdir

Ötən il 25006 nəfər cinayət törədib. Bunların 95 faizi kişilər, 5 faizi isə qadınlardır.

Olaylar.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən geniş kollegiya iclasında deyib.

"Yetkinlik yaşına çatmayanlar tərəfindən isə 494 cinayət hadisəsi törədilib", - deyə K.Əliyev əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31