Azərbaycanda tələbə dəm qazından zəhərlənərək ölüb.
Olaylar.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
Qeyd edilib ki, ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi Sərxan Həsənov bu gecə dəm qazından həyatını itirib.
O, 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq universitetə qəbul olub, həmçinin, Prezident təqaüdçüsü idi.