Bakıda ikimərtəbəli mağazada yanğın
23 Yanvar 2024 15:08 HadisəBakıda mağaza yanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 330 m² olan ikimərtəbəli mağazanın 2-ci mərtəbəsində sahəsi 30 m² olan otaqda 1 ədəd kondisioner, rəf və stol yanıb.
Otağın qalan hissəsi və bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31