Bakıda binada yanğın oldu

Bakıda yaşayış binasında yanğın olub.

Olaylar.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd elektrik sayğacı, giriş-çıxış kabelləri 1 p.m və 1 ədəd internet paylayıcı aparat qismən yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31